SOCAR Gürcüstanda dizelin qiymetini aşağı salıb
05 Oktyabr 2013 Şənbə 12:49
Dizel yanacağının qiyməti 0,15 lari azaldılıb və hazırda bu yanacağın qiyməti 0,90 manat təşkil edir.
“SOCAR Georgia Petroleum” dizel yanacağının qiymətini aşağı salıb. ANS PRESS-in ARDNŞ-in Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Georgia Petroleum”-un rəsmi saytına istinadla verdiyi məlumata görə, “SOCAR” brendi ilə fəaliyyət göstərən 105 yanacaqdoldurma məntəqəsində həyata keçirilib. Dizel yanacağının qiyməti 0,15 lari azaldılıb və hazırda Gürcüstanda bu yanacağın qiyməti 1,90 lari yəni 0,90 manat təşkil edir.

Şirkətdən bildirilib ki, maliyyə və iqtisadi cəhətdən Gürcüstanda yanacağın qiymətlərinin aşağı səviyyədə saxlanılması şirkət üçün çətindir: “Ancaq əkin mövsümü başladığı üçün Gürcüstanda əhalinin dizel yanacağına tələbatı xeyli dərəcədə artıb. Buna görə də məsələ ilə bağlı Gürcüstan əhalisinin tələbini nəzərə alaraq şirkət bir müddətlik dizel yanacağının qiymətini aşağı salmaq qərarına gəlib”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar