SOCAR Günəşli yatağında yeni quyu qazır
06 Avqust 2014 Çərşənbə 21:04
Günəşli yatağındakı quyudan sutkada 15 ton kondensat və 150 000 kubmetr qaz hasil ediləcək.
"Günəşli" yatağındakı 8-ci özüldən 34 nömrəli quyuda qazma işlərinə başlanılıb.

ARDNŞ-dən ANS PRESS-ə verilən məlumata görə, layihə dərinliyi 3800 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 15 ton kondensat və 150 000 kubmetr qaz hasil ediləcək.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar