"Şimşək pul" köçürmələri pulsuz olacaq
23 Avqust 2011 Çərşənbə Axşamı 16:19
“DəmirBank” Ramazan bayramı münasibəti ilə yeni aksiya keçirir
“DəmirBank” Ramazan bayramı münasibətilə “Şimşək pul” köçürmələrini pulsuz həyata keçirəcək. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu aksiya 23 avqust-1 sentyabr 2011-ci il müddətini əhatə edəcək.

“DəmirBank”ın “Şimşək” sistemi vasitəsilə 7 dəqiqə ərzində ölkə daxilində pul vəsaitini köçürmək, yaxud almaq mümkündür. Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər.

Qeyd edək ki, hazırda “DəmirBank”ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

“DəmirBank” həmçinin əhaliyə 200-dək ölkə üzrə beynəlxalq pul köçürmə xidmətlərini təklif edir. Bank “Western Union”, “Bıstraya Poçta”, “Contact”, “Zolotaya Korona”, “Migom”, “Coinstar”, “Blizko”, “PrivatMoney” sistemlərilə beynəlxalq pul köçürmələri həyata keçirir.

“DəmirBank”ın istənilən filialında ən azı 300 AZN / USD / EUR və ya 9000 RUR məbləğində pul vəsaiti köçürən, yaxud alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir. 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat məbləğində pul vəsaiti uda bilər.

Xatırladaq ki, bankın təcili pul köçürmə xidmətləri barədə bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar