Sabah Mərkəzi Bankın notları yerləşdiriləcək
29 Noyabr 2011 Çərşənbə Axşamı 20:28
Bakı Fond Birjasında hərraca çıxarılacaq notların həcmi 15 milyon manat olacaq.
Sabah noyabr ayının 30-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, notların dövlət qeydiyyat nömrəsi 50104730S, ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcmi 15 milyon manat, bir notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 28 gün, ödəmə tarixi 28 dekabr 2011-ci ildir.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar