Rusiya Ümumdünya Ticarət Təşkilatına üzv oldu
16 Dekabr 2011 Cümə 20:48
Ümumdünya Ticarət Təşkilatı Nazirlər Konfransı Rusiyanın bu təşkilata daxil olması barədə qərar qəbul edib.
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Nazirlər Konfransı Rusiyanın bu təşkilata daxil olması barədə qərar qəbul edib. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev bu qərara görə konfransın üzvlərinə təşəkkür edib.

"ÜTT-nin 8-ci Nazirlər Konfransı çərçivəsində Rusiyanın bu təşkilata qoşulması barədə qərar qəbul edilib. Bu uzun və mürəkkəb danışıqların nəticəsi həm Rusiya, həm də bizim gələcək tərəfdaşlarımız üçün səmərəlidir. Danışıqların bütün iştirakçılarına vacib nəticəyə nail olunmasına görə təşəkkür edirəm", - deyə Medvedevin teleqramında vurğulanıb.

Qeyd edək ki, Rusiya 1993-cü ildən ÜTT-yə üzv olmağa çalışırdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar