Rusiya Azərbaycandan 3 mlrd kub metr qaz alacaq
16 Dekabr 2011 Cümə 10:34
"Qazprom" aldığı təbii qazın həcmini 1,5 dəfə artırır.
Rusiyanın energetika nəhəngi “Qazprom” ASC Azərbaycandan 3 milyard kub metr qaz alacaq. ANS PRESS-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı razılıq dekabrın 15-də “Qazprom” rəhbəri Aleksey Millerlə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında keçirilən görüşdə əldə edilib.

Məlumatda bildirilir ki, “Qazprom” şirkəti Azərbaycandan aldığı təbii qazın həcmini 1,5 dəfə artıraraq 3 milyard kub metrə çatdırmaq niyyətindədir. İlkin məlumatlara görə, noyabr ayına qədər “Qazprom”un Azərbaycandan aldığı qazın həcmi ötən ildəkindən 70% artıq olaraq 1,36 mlrd. kubmetrə çatıb.

Qeyd edək ki, Rusiya şirkəti 2011-ci ildə Azərbaycandan 2 milyad kub metr qaz alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar