Rövnəq Abdullayev Türkiyəyə təşəkkür etdi
04 İyun 2014 Çərşənbə 13:36
ARDNŞ prezidenti Rövnəq Abdullayev Türkiyə hökumətinə TANAP layihəsində çox böyük köməklik göstərdiyini söyləyib.
"Artıq TANAP-la bağlı mühəndislik şirkəti seçilib. Tenderlər keçirilir və bu proses noyabr ayına kimi yekunlaşacaq".

ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, layihənin 3-cü dərəcəli qiymətləndirilməsi də aparılıb və noyabr ayından sonra işlərin başlanmasına start veriləcək.

R. Abdullayev həmçinin qeyd edib ki, TANAP və TAP layihələrində şirkətlərin layihəsindəki adlarının tez-tez dəyişməsi tikinti işlərinə heç bir mənfi təsir etməyəcək: "Artıq bu layihələrə start verilib. BP şirkəti Şahdənizdə və TANAP-da 10 milyarda yaxın müqavilələr paylayıb və qarar verilib. Artıq lokomotiv işə düşüb. Bu qatara minəblər və düşənlər də olacaq. Bu da normal bir prosesdir. Bu biznesdir və hər bir şirkət qiymətləndirmə edir. TOTAL şirkəti 10 %-lıq hissəsini satıb Abşerondakı payını artırmaq niyyətindədir".

ARDNŞ prezidenti Türkiyə hökumətinə TANAP layihəsində çox böyük köməklik göstərdiyini söyləyib: "Sağ olsunlar ki, bu layihəni bütün növ vergilərdən azad etdilər. Bir sözlə Türkiyədə TANAP-ın inşası üçün hər cür şərait yaradılıb. Layihənin inşası üçün heç bir mane yoxdur. Hazırda işlər gedir və gələn ildən artıq TANAP-ın tikintisinə başlanacaq".


DOSTLARINLA PAYLAŞ:

oyunlar