Qaradağ sementinin qiyməti ucuzlaşıb
08 May 2009 Cümə 16:15
Qaradağ sement zavodu sementin topdan satış qiymətini də orta hesabla 11 faiz aşağı salıb

Ölkənin əsas sement istehsalçısı Qaradağ sement zavodu mayın 1-dən sementi orta hesabla 14 faiz ucuzlaşdırıb. Şirkətin məlumatına görə, 40 kiloqramlıq kisələrdə qablaşdırılmış  «Optimal» markalı sementin qiyməti 6 manat 70 qəpikdən 5 manat 70 qəpiyə, «Spesial» markalı sementin qiyməti isə 7 manat 50 qəpikdən 6 manat 50 qəpiyə endirilib. Zavod sementin topdan satış qiymətini də orta hesabla 11 faiz aşağı salıb./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar