"Parabank" öz əməkdaşları üçün təlimlər keçirib
25 Avqust 2011 Cümə Axşamı 16:47
"Qrup rəhbərləri üçün təlim" mövzusunda 8 günlük treninq təşkil edilib
“Parabank” avqust ayının 8-dən 16-dək öz ofis bank əməkdaşları üçün “Qrup rəhbərləri üçün təlim” mövzusunda 8 günlük treninq təşkil edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə bankın baş ofisi və filialından bank xidmətlərinin satışı üzrə qrup rəhbərləri və qrup rəhbərlərinə namizədlər iştirak edib.

Təlimdə biznesin təhlilinin aparılması, çarpaz yoxlamanın həyata keçirilməsi, komandanın təşkilinin formalaşması və s. mövzulara toxunub. Təlimin sonunda 13 nəfər iştirakçılardan 10 nəfəri 70%-dən yuxarı nəticə əldə ediblər.

Qeyd edək ki, testlərdən yüksək nəticə toplayan iştirakçılara pul mükafatı verilib. “Parabank” təlimlərin keçirilməsini bankın strateji planına uyğun hazırlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar