Ötən ay 2123 ton benzin satılıb
03 İyun 2013 Bazar Ertəsi 22:25
May ayında 76 465 ton dizel, 14 617 ton təyyarə yanacağı ixrac edilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin may ayında 2 min 123 ton avtomobil benzini, 76 min 465 ton dizel yanacağı, 14 min 617 ton təyyarə yanacağı ixrac edib.

ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ümumilikdə, 2013-cü ilin yanvar-may ayları ərzində 7 min 632 ton avtomobil benzini, 426 min 763 ton dizel yanacağı, 61 min 183 ton təyyarə yanacağı ixrac edilib.

2013-cü ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 943,99 dollar, təyyarə yanacağının - 899,35 dollar, dizel yanacağının - 857,74 dollar, 1 faizli kükürdlü mazutun - 602,51 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar