Ölkede kredit dereceleri yüksekdir
19 Sentyabr 2013 Cümə Axşamı 11:18
Ölkede kredit dereceleri yüksekdir. Rabite ve informasiya texnologiyaları naziri bunun İKT şirketlerinin fealiyyetine menfi tesir gösterecəyini deyib.
Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yüksək kredit dərəcələrinin gələcəkdə yerli İKT şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirib. Rabitə və İnformasiya Texnologiyaları nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir ölkədə kredit dərəcələrinin hələ də yüksək olduğunu deyib.

“Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin effektivliyini təmin etmək məqsədilə müxtəlif ölkələrin monetar və pul kredit siyasəti sahəsində aparılan monitorinqlər nəticəsində biz belə fikrə gəlmişik ki, ölkədə kredit dərəcələrinin 12-15%-dək azaldılmasına baxmayaraq, hələ də yüksəkdir. Bu özəl şirkətlərin, o cümlədən İKT sahəsində fəliyyət göstərən şirkətlərin rəqabətə dayanıqlığına mənfi təsir göstərəcək”, - deyə nazir qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar