Neqliyyatda yükdaşıma tarifleri bahalaşıb
06 İyun 2013 Cümə Axşamı 22:45
Sərnişindaşıma tarifləri isə eyni səviyyədə qalıb.
Bu ilin may ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 6,7 faiz, yerli əlaqə üzrə 3,5 faiz, idxal üzrə 1,3 faiz, tranzit üzrə 1,1 faiz, sərnişindaşıma tarifləri isə beynəlxalq əlaqə üzrə 6,0 faiz ucuzlaşıb.

Hava nəqliyyatında digər xarici ölkələrə sərnişindaşıma tarifləri 0,4 faiz ucuzlaşmış, MDB ölkələrinə isə 1,3 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,4 faiz ucuzlaşıb. Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 8,4 faiz bahalaşıb.

Rabitə sahəsində internet xidmətlərinin tarif indeksi 0,2 faiz bahalaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar