Neftin qiymətində ziddiyyətli dəyişiklik
01 Sentyabr 2011 Cümə Axşamı 03:03
Avropada bahalaşan “qara qızıl” Amerikada ucuzlaşıb
ABŞ-da sənaye sifarəşlərinin həcmi ilə bağlı məlumatlar, digər tərəfdən isə ölkədə xammal ehtiyatlarının artması fonunda ötən gün dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,83 dollar bahalaşaraq, 114,85 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 88,81 dollara düşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar