Neftin qiyməti sabitləşib
17 Aprel 2009 Cümə 10:25
Azəri Light markalı Azərbaycan neftinin 1 barreli 51 dollar 98 sentə satılıb

Dünya bazarında neftin qiyməti sabitləşib. Nyu-York əmtəə birjasında Texas nefti 49 dollar 50 sentə, Londonda isə Brent markalı qara qızıl 52 dollar 87 sentə təklif olunur. Azəri Light markalı Azərbaycan neftinin 1 barreli isə aprelin 15-də keçirilmiş hərraclarda 51 dollar 98 sentə satılıb.
Maliyyə bazarlarında 1 avro 1 dollar 32 sentə dəyişdirilir. Qızılın unsiyası isə 882 dollara və yaxud qramı 28 dollar 81 sentədir./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar