Neftin qiyməti 66 dolları ötüb
01 İyun 2009 Bazar Ertəsi 09:05
Ekspertlər qiymət artımını dünya iqtisadiyyatının və tələbatın tədricən yüksəlməsi ilə əlaqələndirirlər

Nyu-Yorkun Nymex əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Texas" neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,23 dollar artaraq 1 barrelə görə 66,31 dollar təşkil edib. "Brent" markalı neftin qiymətində də artım müşahidə edilib. Belə ki, bu neftin 1 barrelinin dəyəri 1,13 dollar artaraq 65,52 dollar təşkil edib.
Xatırladaq ki, hələ aprelin sonunda neftlə bağlı əməliyyatlar 50-51 dollar qiymət civarında aparılıb. Bununla da, son bir ayda qiymətlərin səviyyəsi 23 faiz yüksəlib. Ekspertlər neftin qiymətinin stabil artmasını dolların məzənnəsinin zəifləməsi, dünya iqtisadiyyatının və tələbatın tədricən yüksəlməsi ilə əlaqələndirirlər. Müşahidəçilərin fikrincə, neftin bahalaşması bundan sonra da davam edəcək və artıq yaxın vaxtlarda 75 dollar səviyyəsinə çata bilər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar