Neftin qiyməti 52 dolları keçib
10 Aprel 2009 Cümə 14:30
Azəri Light markalı Azərbaycan nefti dünənki hərraclarda 52 dollar 73 sentə satılıb

Bu gün dünya bazarında neftin qiyməti 6 faiz artaraq 52 dolları keçib. Ən son məlumatlara görə, Nyu-Yorkda Texas nefti 51 dollar 79 sentə, Londonda Brent nefti 52 dollar 92 sentə təklif olunur. Azəri Light markalı Azərbaycan nefti isə dünənki hərraclarda 52 dollar 73 sentə satılıb.
Maliyyə birjasında avro 1 dollar 31 sentə dəyişdirilir. Qızılın unsiyası 880 dollara və ya qramı 28 dollar 39 sentədir./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar