Neft istehsalı aşağı düşüb
17 May 2013 Cümə 14:53
Neft hailatı 4 ay ərzində yarım milyon ton azalaraq 14.3 million tona enib.
Yanvar-aprel ayları arasında Azerbaycanda neft istehsalı aşağı düşüb. ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi bildirib.

Statistika Komitəsinin dərc etdiyi rəqəmlərə əsasən neft hasilatı ötən illə müqayisədə ilin 4 ayı ərzində yarım milyon ton azalaraq 14.3 million tona enib.

Xatırladaq ki, Azərbaycanın ən böyük Çiraq-Azəri-Günəşli yatağında hasilatın enməsi ilə bağlı yatağın operatoru olan BP şirkəti prezident İlham Əliyevin tənqidinə tuş gəlmişdi. Ötən ilin payızında Azərbaycan rəhbəri Britaniya şirkətini “kobud səhvlər” nəticəsində "tənəzzülə" yol verməkdə suçlamışdı. Buna baxmayaraq Britaniya şirkəti o zamandan bəri hasilatı artırmağa müvvəfəq olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar