NBC Bank yeni uşaq əmanət növünü təqdim edib
01 İyun 2012 Cümə 18:03
Azərbaycanın «NBC Bank» ASC bazara «Uşaq Əmanəti» adlı yeni əmanət növünü təqdim edir.
 Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu növ əmanəti 18 ilədək müddətə yerləşdirmək olar.

Şərtlərdə əmanətin illik faiz dərəcəsi manat hesabı üçün 12%, dollar - 10%, avro hesabı üçün isə 8% təşkil edir. Əmanətin hər üç valyutada, minimal məbləği 100 manat olmaqla yerləşdirilməsi mümkündür. Əmanətin məbləğinin yuxarı həddi nəzərdə tutulmayıb, müştəriyə ay ərzində əmanətin ilkin məbləğinin 100%-i həcmində əlavə vəsait yerləşdirmək imkanı verilir.

Bununla yanaşı şərtlərdə bildirilir ki, əmanətçinin 5, 10 və 15 yaşı tamam olan gün əmanət çıxarılarkən tam faiz ödənilir, pulsuz plastik kart almaq imkanı, ildə bir dəfə kapitallaşma imkanı, 5 000 manatdan (dollar, avro) yuxarı əmanət yerləşdirən müştərilərə əmanətin 90%-i həcmində kredit xəttinin açılması mümkündür.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrında «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar