Microsoft korporasiyası kütləvi ixtisar edib
17 İyul 2014 Cümə Axşamı 19:12
Bununla korporasiya 600 milyon dollar xərclərini azaldacaq.
Microsoft korporasiyası 18 min əməkdaşını işdən çıxartmaq niyyətindədir. Bu isə şirkətdə çalışanların 14 faizi deməkdir.

ANS PRESS-in məlumatına görə, bu, şirkətin 39 illik tarixi ərzində ən genişmiqyaslı işçi çıxartmaq dalğası olacaq.

12500 iş yerinin ixtisarı Microsoft-un Nokianı almasından sonra yaranan ikili işlərin aradan qaldırılması ilə bağlıdır.

Aprel ayında Microsoftun Nokianı alması işçilərin sayını 25 min artırmışdı.

Qeyd edək ki, Microsoft Nokianı 7,2 milyard dollara almışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar