Məşhur marketinq mütəxəssisi Bakıda master-klass keçirib
16 Dekabr 2011 Cümə 17:56
“Büdcəsiz marketinq” master-klassına “DəmirBank” sponsorluq edib.
“DəmirBank” məşhur marketinq mütəxəssisi İqor Mannın “Büdcəsiz marketinq” mövzusunda master-klassına baş sponsorluq edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, master klass Bakı şəhərində “Brand Solutions” marketinq və konsaltinq şirkətinin təşkilatçılığı ilə keçirilib.

“Minimum nəzəriyyə, maksimum təcrübə” devizi altında keçirilən treninqin mövzusu daha az büdcə ilə daha effektiv marketinq, reklam və PR alətləri, effektiv məhsullar və xidmətlərin yaradılmasını və s. əhatə edib. Treninqin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar