Mərkəzi Bankın 20 milyon manatlıq notları yerləşdirilib
29 Fevral 2012 Çərşənbə 18:18
Bakı Fond Birjasında keçirilən hərracda 5 investor iştirak edib.
Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50100934S seriyalı, ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcmi 20 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan ANS PRESS-ə verilən məlumata görə, 5 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 40 348 900 manat təşkil edib. Sifarişlər 99,8800% (gəlirlik 1,54%) – 99,8660% (gəlirlik 1,73%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8680% (gəlirlik 1,70%), orta ölçülmüş qiyməti isə 99,8710% (gəlirlik 1,66%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 4 003 100 manat həcmində qeyri-rəqabətli sifariş daxil olmaqla, 20 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin martın 28-də icra olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar