Mərkəzi Bankın 20 milyon manatlıq notları yerləşdirilib
01 Fevral 2012 Çərşənbə 22:08
4 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 36 490 300 manat təşkil edib.
Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50100534S seriyalı, ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcmi 20 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan ANS PRESS-ə verilən məlumata görə, 4 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 36 490 300 manat təşkil edib. Sifarişlər 99,8650% (gəlirlik 1,74%) - 99,8408% (gəlirlik 2,05%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8447% (gəlirlik 2,00%), orta ölçülmüş qiyməti isə 99,8457% (gəlirlik 1,99%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi 20 milyon manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin fevralın 29-da icra olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar