Lənkəranda Çay Festivalı keçiriləcək
26 Mart 2009 Cümə Axşamı 15:00
Tədbirdə dünyanın ən aparıcı çay istehsalçıları olan ölkələrdən tanınmış çay mütəxəssislərinin iştirakı gözlənilir
Bu ilin may ayında Lənkəranda Beynəlxalq Çay Festivalı keçiriləcək. Yerli icra strukturlarının birgə təşəbbüsü ilə keçiriləcək tədbirdə dünyanın ən aparıcı çay istehsalçıları olan ölkələrdən, o cümlədən Hindistan, Şri-Lanka, Vyetnam, Gürcüstan, İran və Cindən tanınmış çay mütəxəssislərinin iştirakı gözlənilir. Festival günlərində iştirakçılar arasında təcrübə mübadilələrinin, simpoziumların və baxış-müsabiqələrin də keçiriləcəyi nəzərdə tutulub.
 
/ANSPRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar