Köçürməni bizdə et - qızıl külçə əldə et!
28 İyun 2012 Cümə Axşamı 17:05
“Xalq Bank”la qızıl külçələr və Cenifer Lopesin konsertinə biletlər qazanmaq olar.
İyun ayının 25-dən iyulun 31-dək “Xalq Bank” “Köçürməni bizdə et, qızıl külçə əldə et!” uduşlu lotereyasını keçirir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aksiyanın şərtlərinə görə “Western Union”, “Contact”, “Migom”, “PrivatMoney”, “Xpress Money”, “Быстрая Почта” və “Золотая Корона” təcili pul köçürmələri sistemləri vasitəsi ilə pul köçürən, yaxud qəbul edən müştərilər yüksək əyarlı üç qızıl külçədən birini qazanmaq şansı əldə edir.

Lotereya həmçinin 22 sentyabr tarixdə T.Bəhrəmov adına Respublika stadionunda Qadınlararası Dünya Çempionatının (FIFA U-17 “Women's World Cup Azerbaijan 2012” Cenifer Lopesin iştirakı ilə keçiriləcək açılış mərasimində 50 bilet qazanmaq şansını verir.

“Xalq Bank”da köçürülən və yaxud qəbul edilən hər 100 ABŞ dolları, 100 Avro və yaxud 3500 rubl müştəriyə bir şans qazandırır. Daha çox köçürün, daha çox şans qazanın.

Lotereyanın uduşu avqust ayının 4-də keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar