Ketrin Zeta Cons da hamilədir
20 Yanvar 2012 Cümə 15:02
42 yaşlı aktrisa Ketrin Zeta Cons növbəti övlad sevinci yaşayır.
Ancelina Coli - Bred Pitt cütlüyünün ardınca, indi də qırtlaq xərçəngindən xilas olan məşhur aktyor Maykl Duqlas və həyat yoldaşı, aktrisa Ketrin Zeta Consun da övlad sevinci yaşadığı bildirilir. ANS PRESS xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazıb.

Məlumata görə, 42 yaşlı Ketrin Zeta Cons hamilədir. 67 yaşlı Maykl Duqlasın bir qızı, bir oğlu var. Cütlüyün Maykl adlı uşaqlarının 11, qızları Keris Zetanın isə 8 yaşı var. Duqlasın xərçəngdən müalicə olunduğu vaxt spermalarını dondurduğu iddia edilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar