Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb
09 Fevral 2012 Cümə Axşamı 16:48
Yanvar ayında çoxillik bitkilərin 0,2 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,3 faiz bahalaşıb.
Yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz, o cümlədən çoxillik bitkilərin 0,2 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,3 faiz bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri dəyişməz qalıb.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,2 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 0,3 faiz, kələmin 0,1 faiz, göyərtilərin 0,4 faiz, kartofun 2,0 faiz, yoncanın istehsalçı qiymətləri 1,3 faiz bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1,0 faiz, arpanın 0,5 faiz, soğanın 0,2 faiz, cəfərinin istehsalçı qiymətləri isə 0,7 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən feyxoanın istehsalçı qiymətləri 6,1 faiz, mandarinin 0,5 faiz, almanın və armudun 0,2 faiz, heyvanın və fındığın 0,1 faiz, şabalıdın 6,0 faiz, qozun istehsalçı qiymətləri isə 0,7 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 2,0 faiz, inəyin və 1 yaşadək quzunun 0,9 faiz, 1 yaşdan 2 yaşadək olan erkək dananın 0,1 faiz, ana qoyunun 0,4 faiz, inək südünün 3,2 faiz, təbii balın istehsalçı qiymətləri 1,3 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində 1 yaşdan yuxarı şişəyin istehsalçı qiymətləri 0,2 faiz, cavan toyuğun 2,7 faiz, diri çəkidə quş ətinin istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar