Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb
08 Sentyabr 2014 Bazar Ertəsi 14:39
Avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb.
Avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb.

ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6 bahalaşıb.

Çoxillik bitkilərdən süfrə üzümünün 7,3 faiz, moruq və böyürtkənin 21,1 faiz, fındığın istehsalçı qiymətləri 5,7 faiz ucuzlaşmış, şaftalının 12,8 faiz, gavalı və göyəmin 4,7 faiz, almanın isə istehsalçı qiymətləri 1,1 faiz bahalaşıb.

Çoxillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə uyğun olaraq 1,3 və 2,1 faiz ucuzlaşıb.

Birillik bitkilərdən xiyarın 55,9 faiz, qarpızın 32,1 faiz, yoncanın 25,7 faiz, lobyanın 24,4 faiz, pomidorun 21,2 faiz, buğdanın istehsalçı qiymətləri 3,7 faiz bahalaşıb. Günəbaxan toxumunun 2,0 faiz, qarğıdalının 0,1 faiz, yerkökünün istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından təbii balın 1,2 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun və həmçinin, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb. Yumurtanın 4,0 faiz, quş ətinin (diri çəkidə) 9,9 faiz, südün və həmçinin, mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşıb.

Avqust ayında yanacaq oduncağının əvvəlki ayla müqayisədə istehsalçı qiymətinin 6,0 faiz bahalaşması nəticəsində ümumilikdə meşə təsərrüfatı üzrə istehsalçı qiymətləri indeksi 105,8 faiz təşkil edib.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar