Jalə şirələri Yeni Zelandiyada keçirilən qida sərgisində
28 İyun 2012 Cümə Axşamı 13:27
Yeni Zelandiyada keçirilən “Fine Food” qida sərgisində “Gilan” Qəbələ Konserv Zavodunun məhsulları da nümayiş olunub.
Müəssisədən “APA-Economics”ə verilən məlumata görə, sərgi çərçivəsində keyfiyyət müsabiqəsi keçirilib və çoxsaylı məhsullar arasında finala çıxmış 3 məhsuldan biri “Jalə” nar şirəsi olub.

Müsabiqənin sonunda münsiflər heyəti müəssisənin nümayəndələrinə yaxınlaşaraq, onları təbrik edib və məhsulların çox yüksək keyfiyyətdə olduğunu bildirib. Bir ildən az müddətdə Yeni Zelandiya bazarında təmsil olunmasına baxmayaraq, “Jalə” şirələri istehlakçıların böyük rəğbətini qazanıb.

Şirkətin məhsullarının Avstraliya və Yeni Zelandiya regionunda daha geniş çeşiddə təmsil olunması qarşıya qoyulan əsas məqsədlərdən biridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar