İqtisadiyyatda arzu olunan artım baş verib
07 Oktyabr 2013 Bazar Ertəsi 21:17
Qeyri-neft sektorundan vergi daxilolmaları 11,3 faiz artıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 5,4 faiz artıb. ANS PRESS-ın məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetində 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, aparılmış uğurlu şaxələndirmə siyasəti nəticəsində bu artım bütövlükdə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Ötən dövrdə xarici ticarət dövriyyəsi 5,7 faiz artıb.

Bu ilin 9 ayında dövlət büdcəsinin gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artdığını deyən Şahin Mustafayev qeyri-neft sektorundan vergi daxilolmalarının 11,3 faiz artdığını bildirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar