İlk dəfə torpaq hərracı keçiriləcək
15 Mart 2009 Bazar 00:15
Aprelin 3-də Azərbaycanda ilk dəfə torpaq hərracı keçiriləcək,İlk hərraca Abşeron rayonunda Ceyranbatan və Fatmayı bələdiyyələrində 4 torpaq sahəsi çıxarılacaq
Aprelin 3-də Azərbaycanda ilk dəfə bələdiyyə mülkiyyətində olan torpaqların satışı üzrə hərrac keçiriləcək. İlk hərraca Abşeron rayonunda Ceyranbatan və Fatmayı bələdiyyələrində 4 torpaq sahəsi çıxarılacaq. Bu torpaqlara müvafiq olaraq 110 və 147 manat ilkin hərrac qiyməti qoyulub.
Komissiyalar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrinin müdirləri, yerli İcra Hakimiyyəti, bələdiyyə şuraları və ictimaiyyət nümayəndələri daxil olmaqla 5 nəfərdən ibarətdir. Artıq komissiyaların hərracların keçirilməsinə hazır oldğunu deyən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Aparat rəhbəri Rafiq Süleymanovun sözlərinə görə, alqı-satqı və icarəyə çıxarılan torpaq sahələri barədə əvvəlcədən «Torpaq» qəzetində məlumat veriləcək. Hərracada ölkə vətəndaşlarının iştirakına heç bir məhdudiyyət qoyulmayacaq və buna görə hər hansı haqq ödəmək tələb olunmur. Qanunverciliyə görə, hərrac 2 və daha çox şəxs iştirak etdikdə baş tutmuş sayılacaq. Torpaqlrın satışından vəç icarəsindən əldə olunacaq vəsaitin əksər hissəsisə bələdiyyənin hesabına köçürüləcək.
Qanunvericiliyə əsasən kənd təsərrüfatına yararlı torpaqlar satılmayacaq. Bu torpaqlar yalnız icarəyə verilə bilər. Eyni zamanda, sürüşmə zonasında yerləşən və Neft Şirkətinə məxsus torpaqlar alqı-satqı obeykti ola bilməz. Yeri gəlmişkən, 2007-ci ilin dekabrına qədər aidiyyatı orqanların razılığı olmadan ələ keçirilən torpaqlar da hərraca çıxarılacaq.
Qeyd edək ki, əgər hərracda qalib gəlmiş şəxs torpağı almaqdan imtina etsə, onda hərrac yenidən keçiriləcək. Başqa sözlə, həmin torpaq sahəsi ikinci böyük məbləğ təklif etmiş şəxsə verilməyəcək. Hərrac və müsabiqələrin nəticələrindən narazı qalanlar isə məhkəməyə müraciət etməli olacaqlar.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar