Holcim-Azərbaycan sement zavodunun açılışı olub
10 İyul 2012 Çərşənbə Axşamı 14:07
“Holcim-Azərbaycan” ASC-nin yeni sement zavodunun açılışında prezident İlham Əliyev də iştirak edib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Bakının Qaradağ rayonunda “Holcim-Azərbaycan” ASC-nin yeni sement zavodunun açılışında iştirak edib. Bu barədə ANS PRESS "AzərTac"a istinadən bildirir.

Dövlət başçısına məlumat verilib ki, quru üsulla məhsul istehsal edən bu zavod Cənubi Qafqaz regionun sement sənayesində yeni dövrün başlanğıc nöqtəsi olacaq. Quru üsulla sement istehsalı yanacaq sərfiyyatı və ətraf mühitə təsir baxımından daha səmərəli olduğu üçün Avropada geniş yayılmış texnologiyadır.

Üç yüz milyon avro dəyərində olan bu layihə yerli məhsulların istehsalını dəstəkləməklə ölkənin inşaat sektorunun daha da inkişafına töhfə verəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar