Forbes ən varlı cütlükləri açıqladı
11 Sentyabr 2011 Bazar 12:56
Forbes ən varlı cütlükləri açıqladı. Reytinq cədvəlində ilk pilləni Jizel Bündhen-Tom Bredi cütlüyü tutur.
"Forbes" jurnalı məşhurlar arasında ən çox gəliri olan cütlüklərin reytinq cədvəlini açıqlayıb. Birinci yerdə Braziliyalı supermodel Jizel Bündhen və futbolçu həyat yoldaşı Tom Bredi qərarlaşıb. Onların illik birgə gəliri 76 milyon dollar təşkil edib.

İkinci yerdə 71 milyon dollarlıq gəlirlə amerikalı müğənni Beyons və reper həyat yoldaşı Jay-Zdir.
Hollivudun ən məşhur cütlüklərindən olan Ancelina Coli və Bred Pitt birlikdə il ərzində 50 milyon dollar qazanaraq, siyahıda 3-cü yeri tutublar.

Adətən ön sıralarda olan futbolçu Devid Bekhem və Viktoriya Bekhem cütlüyü isə bu dəfə 45 milyon dollarlıq gəlirlə 4-cü yerdə qərarlaşıblar.
Ən məşhur zəngin cütlüklərin siyahısını "Alaqaranlıq" ("Twilight") filminin ulduzları Robert Pattinson və Kristen Stüart tamamlayıblar. Onların illik gəliri birlikdə 40 milyon dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar