FINCA Azerbaijan Bakıxanov filialı yeni binaya köçüb
18 İyul 2012 Çərşənbə 20:47
Bu gün FINCA Azerbaijan Bakıxanov filialının yeni ofisinin açılış mərasimi keçirilib.
Bu gün “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14/2 ünvanında yerləşən Bakıxanov filialının yeni ofisinin açılış mərasimini keçirilib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə “FINCA Azerbaijan”ın rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının və digər bankların nümayəndələri iştirak ediblər.

2006-ci ildən fəaliyyət göstərən Bakıxanov filialı hazırda 3 million ABŞ dolları portfeli ilə 2600 nəfərdən artıq müştəriyə xidmət göstərir. Filialın müştəriləri minimal sənədlə, qısa müddət ərzində Həmrəy Kredit Qrupu, Ekspres Kredit, Kiçik və Orta Sahibkarlıq və Fərdi Kənd Kredit məhsulları üzrə 50 000 USD-ə qədər kreditlər əldə edə bilərlər. Məhəmmədli, Kürdəxanı, Zığ, Əmircan və digər qəsəbələrdə yaşayan və təsərrüfatla məşğul olan müştərilərin kredit tələbatlarını nəzərə alaraq yaxın zamanda Bakıxanov filialında Kənd Kredit Qrupu məhsulu üzrə kreditlərin verilməsi də planlaşdırılır.

Qeyd edək ki, “FINCA Azerbaijan” 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan “FINCA International Inc.”a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını – öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək – bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi “FINCA Azerbaijan” müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 36 sub-filialı vasitəsilə 125,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. “FINCA Azerbaijan” fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar