"Əlavə məlumatların alınması kredit təşkilatlarının hüququdur"
26 Avqust 2011 Cümə 12:55
"Banklar zərurət yarandığı təqdirdə borcalanın iş yeri, qeydiyyat yeri, gəlirləri və s. barədə əlavə sənədlər tələb edə bilərlər"
"Banklar borcalanın qiymətləndirilməsi məsələsinə həssas yanaşırlar və risklərin minimallaşdırılması məqsədilə zərurət yarandığı təqdirdə borcalanın iş yeri, qeydiyyat yeri, gəlirləri və s. barədə əlavə sənədlər tələb edə bilərlər". Bunu Azərbaycanın Mərkəzi Banının İctimaiyyətlə əlaqələr xidməri ANS PRESS-in "Azərbaycanda bir sıra kredit təşkilatları “yalnız şəxsiyyət vəsiqəsi ilə kredit veririk” kimi mətnli reklamlardan istifadə edirlər. Ancaq araşdırmamız zamanı məlum oldu ki, belə kredit təşkilatlarına müraciət edənlər bir sıra şərtlərlə qarşılaşırlar. Sizcə, sonradan bir sıra şərtlərin qoyulması nə dərəcədə düzgündür?"sorğusuna cavabında bildirib.

Mərkəzi Bank kredit müraciətləri zamanı kredit təşkilatları tərəfindən əlavə sənədlərin və şərtlərin irəli sürülməsi ilə bağlı qeyd edir ki, hər bir kredit təşkilatı ayırdığı kreditlərin geri qaytarılması ilə bağlı risk daşıyır və bu riskləri tənzimləməlidir.

"Belə ki, kredit təşkilatları özləri də vəsait cəlb etdikləri kontragentlər qarşısında, o cümlədən əmanət yerləşdirmiş vətəndaşlar qarşısında məsuliyyət daşıyırlar. Bu səbəbdən banklar borcalanın qiymətləndirilməsi məsələsinə həssas yanaşırlar və risklərin minimallaşdırılması məqsədilə zərurət yarandığı təqdirdə borcalanın iş yeri, qeydiyyat yeri, gəlirləri və s. barədə əlavə sənədlər tələb edə bilərlər. Bu növ əlavə məlumatların alınması kredit təşkilatlarının hüququdur və burada hər hansı qanun pozuntusuna yol verilmir", -deyə Mərkəzi Bank bildirib.

ANS PRESS-in " Mərkəzi Bank istehlakçıların kreditləri qaytara bilməməsi halında kommersiya banklarına hansı stumullaşdırıcı addımları atmağı məsləhət görür. Və yaxud stimullaşdırıcı tədbirlər nəzərdə tutulurmu?" sualı isə belə cavablandırılıb:

"Kreditlərin qaytarılmaması halında görülən tədbirlərə gəldikdə isə qeyd etmək lazımdır ki, kreditin ayrılması zamanı istehlakçılarla (borcalanlarla) banklar arasında olan münasibətlər qarşılıqlı qaydada imzalanmış kredit müqaviləsi ilə tənzimlənir. Ümumilikdə kreditin qaytarılmaması halında bankların tədbirləri müqavilə şərtlərinə uyğun olaraq mülki qanunvericilik çərçivəsində həyata keçirilir. Bununla yanaşı Mərkəzi Bankın bir sıra normativ aktlarında banklarda problemli kreditlərin tənzimlənməsi sahəsində borcalanlarla birgə işin aparılmasına dair istiqamətverici müddəalar və tələblər nəzərdə tutulub".

Mövzu ilə bağlı ANS PRESS-in məqaləsini aşağıdakı linkdən oxuya bilərsiniz:

http://anspress.com/index.php?a=2&lng=az&nid=113742






DOSTLARINLA PAYLAŞ:

oyunlar