DəmirBank POS terminalları pulsuz quraşdırır
16 Fevral 2012 Cümə Axşamı 17:47
DəmirBank ticarət, əyləncə və xidmət mərkəzlərində POS terminalların quraşdırılmasını təklif edir.
"DəmirBank” ticarət, əyləncə və xidmət mərkəzlərində və müəssisələrində POS terminalların quraşdırılmasını təklif edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bank tərəfindən POS terminallar pulsuz qaydada quraşdırılır. POS terminalların quraşdırılması üçün “DəmirBank”ın istənilən filialına müraciət etmək zəruridir.

POS-terminalların quraşdırılması və nağdsız ödənişlər ticarət, əyləncə və xidmət mərkəzlərinin və müəssisələrinin nağd pul vəsaitlərinin inkassasiyası, daşınması, saxlanması və sayılması ilə bağlı maliyyə xərclərinin və iş vaxtı sərfinin azaldılmasına kömək edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar