DəmirBank müştərilərinə noutbuk qazandırır
28 Sentyabr 2011 Çərşənbə 16:24
DəmirBank “VISA” plastik kart sahibləri lotereyada “HP” noutbukları və mininotları qazanıb.
“DəmirBank”ın “VISA” plastik kartları üzrə uduş kampaniyasının yekun 3-cü tirajı keçirilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şərtlərə əsasən “VISA” kartları ilə xaricdə əməliyyat edən “DəmirBank”ın daha 4 müştərisi “HP” şirkətinin noutbuklarını və mininotlarını qazanıblar.

Kampaniyanın şərtlərinə görə xaricdə həyata keçirilən hər əməliyyat, bir şansa bərabər olub. Kampaniyanın müddəti ərzində hər ayın 15-i tarixində 4 qalib müştəri müəyyən edilib.

Kampaniyanın ümumi uduşları 12 ədəd olmaqla, 6 ədəd “HP Pavillion” noutbukları və 6 ədəd “HP Vivienne Tam” mininoutlarından ibarət olub. Noutbuklar və mininoutlar “HP” şirkətinin tərəfdaşı “2DO Computers” mağazasının 1 illik zəmanəti ilə təqdim olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar