Ceyhan limanından 1,5 milyon xam neft ixrac edilib
02 Oktyabr 2013 Çərşənbə 10:23
Bu xam neft Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunub.
Son bir ayda Ceyhan limanından 1,5 milyon xam neft ixrac edilib. ANS PRESS-in ARDNŞ-in rəsmi saytına istinadla verdiyi məlumata görə, neft şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin sentyabr ayında Novorossiysk limanından 162 min 821 ton, Supsa limanından 242 min 215 ton, Çeyhan limanından isə 1 milyon 415 min 309 ton xam neft ixrac edib.

Ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 327 min 517 ton, Supsa limanından 2 milyon 79 min 973 ton, Ceyhan limanından isə 14 milyon 894 min 468 ton xam neft ixrac edilib.

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar