Cari ilin ilk rübündə 353,4 milyon manatlıq rabitə xidməti göstərilib
21 Aprel 2013 Bazar 05:47
Xidmətlərdən əldə olunan gəlirlərin 58,5 faizi mobil telefon rabitəsinin payına düşüb.
İnformasiya və rabitə sektorunda 2013-cü ilin yanvar-mart aylarında təsərrüfat subyektlərinə və əhaliyə 353,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,5 faiz çox rabitə xidmətləri göstərilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xidmətlərdən əldə olunan gəlirlərin 58,5 faizi mobil telefon rabitəsinin payına düşüb və ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 10,7 faiz artaraq 206,9 milyon manat təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar