BTC ilə 2,5 milyon ton neft nəql olunub
12 Fevral 2013 Çərşənbə Axşamı 19:19
Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri ilə 208.3 milyon ton neft vurulub.
Bu ilin yanvar ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 577 min 193 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il fevral ayının 1-ə qədər BTC-yə 208 milyon 29 min 7 ton neft vurulub.

Bundan başqa, 2013-cü ilin yanvar ayında BTC kəməri ilə 196 min 447 ton Türkmənistan nefti nəql olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar