Bakıda Latviya biznes forumu keçiriləcək
17 Aprel 2009 Cümə 00:45
Biznes forumunda Baltikyanı ölkə 13 şirkətin nümayəndəsi ilə təmsil olunacaq

Bu gün Bakıda Azərbaycan-Latviya biznes forumu keçiriləcək. Biznes forumunda Baltikyanı ölkə 13 şirkətin nümayəndəsi ilə təmsil olunacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, biznes forum çərçivəsində iki ölkənin sahibkarları arasında görüşlərin keçirilməsi, işbirliyinə dair razılığın əldə olunması nəzərdə tutulur. Biznes forumda ölkəmizin müxtəlif sahələri əhatə edən 40-a yaxın şirkəti iştirak edəcək.
Xatırladaq ki, 2006-cı ilin oktyabrında Azərbaycan Prezidentinin Latviyaya dövlət səfəri çərçivəsində iki ölkənin dövlət başçılarının iştrakı ilə Riqada ilk dəfə Latviya-Azərbaycan biznes forumu keçirilib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar