Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək
13 Mart 2013 Çərşənbə 08:18
Tədbirdə iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
Martın 13-də Bakı Biznes Mərkəzində Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə qida sənayesi, kənd təsərrüfatı, İKT, turizm, ətraf mühitin bərpası və digər sahələri təmsil edən şirkətlər iştirak edəcək.

Tədbirdə hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar