Bakcell şirkəti 055 jurnalının növbəti sayını dərc edib
27 Dekabr 2011 Çərşənbə Axşamı 18:42
Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti iki aydan bir dərc olunan korporativ nəşrinin - «055» jurnalının üçüncü sayını buraxıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «055» jurnalı dünya mobil telekommunikasiya bazarından son trendləri və xəbərləri, eləcə də «Bakcell»in fəaliyyətini, yeni məhsul və xidmətlərini işıqlandırır.

Azərbaycanda İKT sahəsində ixtisaslaşmış və 100 min tirajla dərc edilən «055»jurnalı bütün mobil telefon istifadəçilərini mobil telekommunikasiyalar və IT sahəsindəki yeniliklərlə tanış edir. Jurnalın üçüncü buraxılışından ən son smartfonlar, 4 ən maraqlı qadjet və planşetlər, ən məşhur ultrabuklar, 3G xidmətinin imkanları barədə məlumat yerləşdirilib.

Qeyd edək ki, «055» jurnalı oxuculara, həmçinin sual-cavabda iştirak etmək və «Samsung Galaxy PRO» telefonu qazanmaq imkanı verir. Jurnalı Bakı və rayonlarda yerləşən bütün «Bakcell» ticarət nişanlı satış və xidmət nöqtələrindən pulsuz əldə etmək mümkündür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar