Azerenerji enerji istehsalını artırıb
06 May 2013 Bazar Ertəsi 18:48
Azerenerji 4 aya 7,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
"Azərenerji" ASC yanvar-aprel aylarında təqribən 7,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. 2012-ci ilin müvafiq dövründə isə bu göstərici 8 milyard kilovat-saat təşkil edib.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cəmiyyət aprel ayında təqribən 1,8 milyard kVt/saat elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu rəqəm 1,6 milyard kVt/saat olub.

Aprel ayında, həmçinin qonşu ölkələrlə planlaşdırılmış elektrik enerjisi verilişi davam etdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar