Azərbaycanda nəhəng Neft-Kimya Kompleksi tikiləcək
22 İyun 2012 Cümə 13:12
ARDNŞ Səngaçalda nəhəng Neft-Kimya Kompleksi tikəcək.
“APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə məlumat verib. O, rəhbərlik etdiyi institutun hazırda həmin ərazidə tədqiqat işləri apardığını söyləyib: “Bu iş ARDNŞ-in müraciəti əsasında aparılır. Şirkət bununla bağlı bizim instituta vəsait ayırıb”.

A. Əlizadə Azərbaycanla Türkmənistan arasında mübahisə mövzusu olana ‘Kəpəz” yatağı ilə bağlı məsələyə də münasibət açıqlayıb: “Bu, siyasi məsələdir. Hər dövlət öz sektorunda çalışmalıdır. Xəzər dənizində hər bir ölkənin sektoru, bir də bölünməyən yerlər var. Biz öz sektorumuzda çalışırıq. Türkmənlər də öz sektorlarında çalışsınlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar