Azerbaycanda işleyenlerin sayı açıqlandı
09 Sentyabr 2013 Bazar Ertəsi 15:08
Azerbaycanda muzdla çalışan işçilerin orta aylıq emek haqqı 412,7 manat teşkil edib.
İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı açıqlanıb. Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, 2013-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1490,8 min nəfər olub. Onlardan 894,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 596,2 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,8 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.

2013-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 412,7 manat təşkil edib. Bu keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artımdır. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar