Azərbaycan vətəndaşları 5 aya 6,8 milyard manat xərcləyib
07 İyun 2012 Cümə Axşamı 22:02
3,9 milyard ərzaq məhsullarının, 2,9 milyard manat isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6,8 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlak mallarının 871,2 milyon manatı hüquqi şəxslərin, 3,1 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 2,8 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub. Elektron ticarətin həcmi 498,3 min manat olub.

Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,9 milyard manatı ərzaq məhsullarının, 2,9 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar