Azerbaycan Türkiye Gürcüstan biznes forumu
18 May 2013 Şənbə 11:58
Azerbaycan Türkiye Gürcüstan biznes forumu keçirilecek.
Mayın 25-də Qəbələdə Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, artıq 3-cü dəfədir təşkil edilən Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli biznes forumunda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcək.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes forum bundan əvvəl Tbilisi və Qars şəhərlərində keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar