Azərbaycan Beynəlxalq Bankı bankomatlar şəbəkəsini genişləndirir
19 Mart 2012 Bazar Ertəsi 18:09
Bank yaxın zamanlarda bankomatların sayını 800-ə çatdırmaq niyyətindədir.
Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin əvvəlindən daha 18 məntəqədə bankomat quraşdıraraq bankomatların ümumi sayını 648-ə çatdırıb. Bu barədə ANS PRESS-ə bankın mətbuat xidmətindən məlumat verilib.

Bunun 374-ü Bakıda, 274-ü isə regionlarda quraşdırılıb. Bankomatların 44-ü Cash-In tipli bankomatlardır və bunlardan 4-ü regionlarda yerləşir.

Bankdan bildirilib ki, ABB yaxın zamanlarda bankomatların sayını 800-ə çatdırmaq niyyətindədir. Bildirilir ki, bankın ölkə üzrə 65 məlumat köşkü fəaliyyət göstərir və bunun 43-ü regionlardadır.

Qeyd edək ki, ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% - özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar