Azərbaycan avroda saxlanılan ehtiyatlarını digər valyuta ilə əvəz etməyi planlaşdırmır
07 Dekabr 2011 Çərşənbə 12:49
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov məlumat verib.
Azərbaycan Mərkəzi Bankı öz strateji ehtiyatlarının strukturunda avronu digər valyuta ilə əvəz etməyi planlaşdırmır. APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, Avrozonada müşahidə olunan borc böhranı və bununla əlaqədar avronun zəifləməsinə baxmayaraq, hazırda heç bir ölkə bu addımı atmağa tələsmir.

Həmçinin, AMB rəhbəri Avropada iqtisadi problemlərin tez bir zamanda həll olunmasına ümid etdiyini vurğulayıb və qeyd edib ki, bu proqnozlar fonunda avronun əvəz edilməsi məsələsinin aktuallığı azalır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar