“Ayrin” qasırğası nefti bahalaşdırdı
26 Avqust 2011 Cümə 02:29
Qasırğanın ABŞ-a yaxınlaşdırması dünya bazarlarında narahatlıq yaradıb
“Ayrin” qasırğasının ABŞ sahillərinə yaxınlaşması fonunda dünya bazarlarında neft bahalaşıb. Məlumatı “Bloomberg” agentliyi yayıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,57 dollar artaraq, 110,72 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,14 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 85,30 dollar təşkil edib.

Üçüncü təhlükəlilik dərəcəsi verilən “Ayrin” qasırğası Kuba, Haiti ərazisindən keçib və Baham adaları üçün təhlükə törədir. Meteoroloqların proqnozlarına görə, qasırğa ABŞ-ın qərb sahillərinə də toxunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar